Türkiyəyə qarşı qorxulu plan
02.04.2015 797 0.0 0

Türkiyədə terrorçuların yeni hədəfləri deşifrə olunub.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Türkiyənin "Vətən" qəzetində yer alan xəbərə görə, terrorçular 3 mərhələli sui-qəsdlər hazırlayıb.

Plana görə, yaxın günlərdə 3 terror hücumu həyata keçiriləcək. Birinci hücumda son hadisələr zamanı öldürülən terrorçuların qisasını almaq üçün polis bölmələri hədəfə alınıb. İkinci hücumda isə stratejik məkanlar partladılacaq. Nəhayət sonuncu hücumda isə siyasətçilərə və ölkənin tanınmış insanlarına qarşı sui-qəsdlər həyata keçiriləcək.

İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) də açıqlama vermişdi ki, hücumlarımız zamanı polis müdaxilə edərsə, silsilə terror aktları törədiləcək.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüş və öldürmüşdü. Ötən gün isə qadın terrorçu polis bölməsinə hücum etmişdi. Həri iki hücumda terrorçular məhv edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar