Türkiyəyə qarşı 63 ölkə ittifaq qurdu – BÖYÜK MÜHARİBƏ
18.11.2016 5937 0.0 0

ABŞ rəhbərliyi “YPG Münbiçdən çəkiləcək” bəyanatları həqiqəti əks etdirmir.

“Hürriyyət” nəşrinə istinadən xəbər verilir ki, bu haqda türk hərbi mənbələri bildirirlər.

YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) əksinə, Münbicin qərbindəki səkkiz kəndi İŞİD-dən alaraq strateji Əl-Baba doğru həm şərq, həm də qərb istiqamətindən irəliləyir. Beləliklə, Fərat çayının qərbindəki Afrin və Münbiçi birləşdirməyi planlaşdıran təşkilat iki bölgə arasında körpü rolunu oynayan Əl-Babın 9,8 kilometrliyinə yaxınlaşıb.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə Əl-Babın mərkəzinə 2 kilometrə qədər yaxınlaşıb.

Eyni zamanda, Dəməşq rejimi də Əl-Babı ələ keçirməyi planlaşdırır. Məhz bu səbəbdən Türkiyə qırıcılarının Suriyanın şimalında hava əməliyyatları həyata keçirməsinə mane olur.

 

Türkiyənin “Star” nəşrinin yazdığına görə, Əl-Baba yaxınlaşan ASO-nun qarşısını almaq üçün İŞİD, PYD, “Hizbullah”, Dəməşq və ABŞ ittifaq qurub. Dörd ildir Əl-Babın İŞİD-in əlində olmasına səsini çıxarmayan Bəşər Əsədin qüvvələri və “Hizbullah” döyüşçüləri Suriyanın qərbi və cənubundan, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın (63 ölkədən ibarətdir) dəstəklədiyi PYD isə Suriyanın şərqi və şimali-şərqindən Əl-Baba doğru irəliləməyə başlayıb.

Dəməşqdən verilən rəsmi açıqlamalarda bildirilir ki, Suriya ordusu və müttəfiqləri Türkiyəyə bağlı güclərin Əl-Baba hücum etməsinə icazə verməyəcək. ABŞ Müdafiə Nazirliyindən dünən verilən açıqlamada da ASO-nun Əl-Bab əməliyyatına dəstək vermədiyi açıqlanıb.

PYD-nin də təmsil olunduğu Demokratik Suriya Güclərinin (DSG) şimaldakı irəliləyişi davam edir. Əl-Bab bölgəsində 10 kəndi İŞİD-dən alan təşkilat Afrin və Kobani kantonlarının birləşməsinə 12 /publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar