​Türkiyə XİN-dən Rusiyaya cavab
16.12.2015 665 0.0 0

"Sərhəd pozulması baş verməzsə, bir daha təyyarə böhranı yaşanmayacaq".

Qazeta.info bildirir ki,  "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic Rusiyanın şərtlərinə cavab olaraq bildirib.

Diplomat qeyd edib ki, Rusiyanın tələb etdiyi təzminatın ödənilməsi mümkün deyil.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Türkiyənin hava sərhədini pozduğu üçün vurulan döyüş təyyarəsinə görə qarşı tərəfin təzminat ödəməsini şərt olaraq irəli sürüb. Bir neçə gün öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov da oxşar şərtlər irəli sürmüşdü: "Üzr istəmək, məsuliyyət daşıyanların cəzalandırılması və dəyən ziyanın ödənilməsi şərtləri təmin olunmazsa, Türkiyənin heç bir açıqlaması qəbul edilməyəcək".

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın döyüş təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar