Türkiyə XİN: Ankara Bağdadla viza rejimini sərtləşdirir
07.02.2016 486 0.0 0

Türkiyə XİN-i İraqla viza rejimini sərtləşdirmək qərarına gəlib. Məlumata görə,  bu barədə Türkiyə XİN-in mətbuat xidmətinin rəhbəri Tanju Bilqic bildirib. Onun sözlərinə görə, bu addım qanunsuz miqrasiya ilə mübarizə məqsədi ilə atılıb.  
 
“Türkiyəyə gəlmək istəyən İraq vətəndaşları üçün viza rejimi əvvəlki qaydada tətbiq ediləcək, lakin qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində vizanın alınması proseduruna bəzi dəyişikliklər edilib. İraq vətəndaşlarının ölkəyə girişinə icazə yalnız onlarda Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən alınmış vizalar olduğu halda veriləcək”, deyə Tanju Bilqic bildirib.    
 
Qeyd edək ki, bundan əvvəl iraqlılar vizanı sərhədi keçdikdə nəzarət-buraxılış məntəqələrində əldə edə bilirdilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar