Türkiyə vətəndaşını qətlə yetirən azərbaycanlı (FOTO)
18.09.2015 642 0.0 0

Rusiyada xüsusi amansızlıqla Türkiyə vətəndaşını qətlə yetirən azərbaycanlı saxlanılıb.

Məlumata görə, 36 yaşlı Türkiyə vətəndaşı Altan Güngörün qətlinə görə Azərbaycan vətəndaşı Muradxan Cəlilov həbs edilib.

Rusiya İstintaq Komitəsinin regional idarəsi bu il avqustun 23-də Türkiyədən Moskvaya və oradan da Orenburqa gəldikdən sonra itkin düşən Altan Güngörün qətlində əsəs günahkar kimi həmyerlimizi hesab edir.

Aparılan araşdırmalara görə, Güngörü Orenburqa dəvət edən və onunla son telefon danışığa aparan Muradxan Cəlilov olub. Muradxan Cəlilov SOBR xüsüsi təyinantlılarınınapardığı əməliyyat nəticəsində saxlanılıb. Saxlanıldıqdan sonra Muradxan hadisəni törətdiyini etiraf edib.

 

Muradxan Cəlilov həbs edilən zaman 

 

İlkin məlumatlara görə, Muradxan Cəlilov Altanı hava limanından Orenburqun Nikolski kəndi ərazisinə aparıb. Aralarında düşən mübahisə zəminində Muradxan Altana bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib. Daha sonra meyidi meşədə basdırarag hadisə yerindən qaçıb. Cəlilov Güngörü iş birliyi üçün aldadaraq Türkiyədən Orenburqa dəvət edib. Polis məhz bu səbəbdən onun izinə düşüb. Çünki Türkiyə vətəndaşı üçün təyyarə biletini M.Cəlilov sifariş edib. Qətlin qisas zəminində törədildiyi bildirilir.

 

Qətlə yetirilən Türkiyə vətəndaşı Altan Güngör


Altan Güngör hava limanında./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar