Türkiyə və İran Naxçıvanda toqquşa bilər
09.12.2015 1475 0.0 0

Türkiyənin İraqa hərbçi göndərməsi İran və Türkiyəni Naxçıvanda üz- üzə gətirə bilər. 

Məlumata görə, bu iddia ilə erməni siyasi ekspertlər çıxış edib.

Türkiyənin İraqdakı qoşunlarının sayını artırması İranın hiddətinə səbəb olub. Bu səbəbdən İran adekvat addımlar ata bilər. 

Məlumatlarda qeyd olunur ki, İran Türkiyənin bu addımına Naxçıvanda münaqişə yaratmaqla cavab verə bilər. “İran regionda sanksiyalardan canını qurtardığı bir vaxtda öz payını götürmək istəyir. Regionda İran və Türkiyənin üz- üzə gəlməsi Azərbaycan və İranın qarşılaşması kimi qiymətləndirilir”,- deyə ekspertlər bildirir. 

Erməni siyasi şərhçilər bildirir ki, Türkiyənin Naxçıvanda qoşunlarının olmasına baxmayaraq, əhalinin İranmeyilli olduğunu deyirlər. 

“Regionu başa düşmək çətindir. Çünki kimin – kimin yanında olduğunu dəqiq müəyyən etmək olmur. Hazırda Rusiya Ermənistanda hərbi fəalığını artırır. Əgər İran-Türkiyə və İran – Azərbaycan münaqişəsi başlayarsa Rusiya Ermənistanı ölkədə olan hərbi bazalarından müdafiə edəcəkmi?” 

 


Naxçıvan Muxtar Respublikası


Ümumiyyətlə son vaxtlar Naxçıvan ətrafında bəzi ziddiyətli fikirlər dolaşmaqdadır. Ötən gün Rusiya mətbuatında yayılan məlumata görə, "Regnum” İnformasiya Agentliyi dekabrın 11-də öz mətbuat mərkəzində Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa təyin edib. 

Amma beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilənin əsas qarantları kimi həmişə Türkiyə və Rusiya tanınıb. Rusiya və Türkiyə arsında 1921-ci ildə bağlanan Qars müqaviləsi Ermənistanın Naxçıvan ətrafında niyyətlərini həyata keçirməyə imkan vermir. Amma son baş verən hadisələr Ermənistanın Naxçıvana olan köhnə maraqlarını geri qaytarır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar