Məhkəmə qərarında Müslimin müvəqqəti həbs olunması və təhvil verilməsi tələb edilib
Türkiyə Almaniyadan PYD terror qruplaşmasının liderlərindən olan Salih Müslimin ekstradisiyasını tələb edib.
Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin məhkəmə qərarı Almaniya rəsmilərinə çatdırılıb və məhkəmə qərarında Müslimin həbs olunması və təhvil verilməsi tələb edilib.
Müslim Çexiyada həbs edildikdən 2 gün sonra sərbəst buraxılmış və ən son Berlində PYD tərəfdarları tərəfindən keçirilən bir tədbirə qatılmışdı.
Qeyd edək ki, Saleh Müslim Afrində Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən PYD terror təşkilatının keçmiş lideridir. O, hazırda Avropa ölkələrində təşkilatın təbliğatı ilə məşğuldur.
1951-ci ildə Hələbdə dünyaya gələn Salih Müslim suriyalıdır. Kürd əsillə ailənin övladı olan Müslim 1970-ci ildə İstanbulda yaşayıb və 1977-ci ildə universiteti bitirib. Onun başına 4 milyon lirə mükafat təyin edilib./Sputnik/