Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski ən yaxın illərdə Avropanı gözləyən hadisələrdən danışıb. Məlumata görə, siyasətçi Avropanın var olmasına elə də uzun müddət qalmadığını qeyd edib. Jirinovski bunun 20 il dən çox olmayacağını vurğulayıb.
Buna səbəb kimi o, avropalıların fəxr etdiyi demokratiyanı göstərib. Siyasətçi izah edib ki, bu sistem Yaxın Şərqdə və Asiyada baş verənlərdən ölkələri qorumağa sadəcə bacarıqlı deyil.
“20 il sonra Avropa dağılacaq. Mən Avropanı sonuncu yola salarkən 90 illiyimi bayram edəcəyəm. Bu, bizim üçün çox yaxşıdır. Demokratiyadan bu vəziyyət doğurur, çünki Qərbdə demokratiya hər şeyi qəbul etmək, hər şeyi isitmək, bütün hüquqları qorumaqdır. Bu cənnət olardı, əgər onlar hər yerdə belə olsaydı, amma yaxın Afrika, Asiya, Yaxın Şərq, hər yerdə müharibə var və onlar da oralara gedirlər.
Liberal-Demokratik Partiyasının liderinin sözlərinə görə, Avropanı xilas etməyi yalnız yeni Bismark bacarardı, amma o yoxdur və olmayacaq.
Onun sözlərinə görə, eyni tale bir qədər başqa səbəblərdən Türkiyəni də gözləyir. Türkiyəyə isə Jirinovski iki-üç ildən çox vaxt verməyib.
“Türkiyə indi hamıdan daha çətin vəziyyətdədir. Şimali Suriyanı tutmaq üçün Əsədin devirilməsi ona sərfəlidir. Bunun üçün kürdləri dağıtmaq lazımdır, amma bu İraqa, İrana və Rusiyaya zərbə olacaq. Bu üç ölkəyə qarşı o necə olacaq?. Onların gələcəyi yoxdur. Türkiyə bölünəcək, müstəqil Kürdüstan yaradılacaq. İndi Ərdoğan qorxur ki, bu, Türkiyənin sonudur”, - deyə Jirinovski bildirib.
Sensasison sərsəm bəyanatları ilə tez-tez gündəmə gələn Jirinovski bir müddət əvvəl Türkiyəni nüvə raketi ilə hədələmişdi. "Qovorit Moskva" (Danışır Moskva) radiosuna açıqlama verən rusiyalı deputat bildirib ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq. Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır".
"İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq yetərlidir", - deyə Jirinovski bildirib. O, qeyd edib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar. "Onlar nüvə alovunda ölmək istəməyəcəklər".
Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib./anspress/