Türkiyə Suriyaya girəcəkmi?
29.06.2015 573 0
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ölkəsinin sərhəddən kənar əməliyyat keçirəcəyi barədə suallara cavab verib. Məlumata görə, Ordu vilayətində səfərdə olan nazir partriyasının Fatsa və Ünyə rayon təşkilatlrını ziyarət edib. Burda jurnalistlərdən biri nazirə Türkiyənin Suriyaya girib-girməyəcəyi barədə sual verib. Nazir isə bu barədə sabah (bu gün) keçiriləcək Milli Təhlükəsizlik Şurasında qərar qəbul ediləcəyini, bundan sonra müvafiq açıqlamanın veriləcəyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamqda Suriyanın şimalında və öz ölkəsinin cənub şərqində dövlət qurulmasına əsla izn verməyəcəklərini bəyan etmişdi. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər