ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib.
Anadolu agentliyinə istinadən xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.
Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.
“Əgər nəticə əldə etməsək (YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılması - Red.), yenə lazım olanı edəcəyik”.
M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür. /report/