Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq
18.12.2017 732 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ölkəsinin Şərqi Qüdsdə səfirlik açmaq niyyətini açıqlayıb.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, o bu barədə Karaman əyalətində hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə görüşdə bəyan edib.

"Biz artıq Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizidə açacağıq", deyə dövlət başçısı bildirib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar