Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Komi vilayətinin Vorkuta şəhəri yaxınlığında “Severnaya” şaxtasında baş vermiş ağır mədən qəzası ilə bağlı başsağlığı verib. Məlumata görə, bu barədə idarənin rəsmi səhifəsində dərc olunmuş yazıda bildirilir.
“Biz bütün Rusiya xalqına, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir yaralananlara tezliklə sağalmalarını arzu edirik”,- deyə yazıda bildirlir.
Vorkutadakı “Severnaya” şaxtasında axtarış-xilasetmə əməliyyatları zamanı baş verən təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Həlak olanların beşi xilasedici, biri isə mədən işçisidir. Onların hamısı Komi Respublikasının sakinləridir. Ümumilikdə hadisə nəticəsində 36 nəfər dünyasını dəyişib.
Fevralın 25-də “Severnaya” şaxtasında metan qazının qəfil partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Qəza anında şaxtaçılar yerin 780 metr dərinliyində olublar./anspress/