Türkiyə Rusiyadan gələn təhlükəli qızı axtarır
11.03.2016 798 0.0 0

Türkiyə polisi Rusiyadan olan potensial “canlı bomba”nın axtarışına başlayıb. Məlumata görə, 18 yaşlı qızın adı bir çox terror hadisələrində hallanır.


Dağıstanın 18 yaşlı sakini Kristina Tixonova, həmçinin xarici xüsusi xidmət orqanları tərəfindən İŞİD terror qruplaşmasında iştirakda şübhəli bilinir. Onun İŞİD üzvü olduğu bildirilir.

Türkiyə mətbuatının polisə istinadən verdiyi məlumata görə, Kristina fevralın 18-də Moskvadan İstanbula gəlib. Türkiyəyə gələrkən qız dostlarına "cənnətə düşmək üçün özümü partlatmaq istəyirəm" bildirib. Jurnalistlər potensial terrorçu kamikadzenin fotosunu dərc edib.

 

Kristina Tixonova

Hazırda onun yeri məlum deyil. Onun tapılması üçün axtarış elan edilib. Xüsusi xidmət orqanlarının məlumatına görə, güman edilən terrorçu kamikadze Dağıstan sakini Kristina Tixonovadır. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olması məlumdur.

Qeyd edək ki, keçən il iyun ayında Moskva Dövlət Universitetinin tələbəsi olan Varvara Karaulova İŞİD terror qruplaşmasına qoşulmaq üçün Türkiyəyə qaçmışdı.  Valideynləri 19 yaşlı qızlarının İŞİD-ə qoşulduğu barədə polisə xəbər verdikdən sonra Varvara Türkiyədə axtarışa verilmiş daha sonra Rusiyaya qaytarılmışdı.

Daha sonra Varvara Karaulova İŞİD terror qruplaşması üçün bütün cinayətlərə getməyə hazır olduğunu bildirmiş hətta bunun üçün özünü partlatmağa hazır olduğunu qeyd etmişdi.Varvara Karaulova və onu bu qrupa cəlb edənlər artıq həbs edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar