Türkiyə Rusiya və Almaniyaya yeni səfirlər təyin edib
13.06.2016 639 0.0 0

Türkiyədə yeni böyükelçilər qərarnaməsi çərçivəsində bir çox ölkə və beynəlxalq təşkilatlardakı səfirlər dəyişdirilib.
 
Türkiyənin “Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, Türkiyənin xarici siyasətdə problemlər yaşadığı ölkələrə yeni səfirlər göndərilib. Belə ki, Bundestaqın uydurma “erməni soyqırımı” qərarından sonra məsləhətləşmələr üçün Ankaraya çağırılan Almaniyadakı səfir Hüseyn Avni Karslıoğlu bu vəzifədən çıxarılıb. Onun yerinə XİN-in ikitərəfli siyasi və Afrika işləri İdarəsinin müdir müavini Əli Kamal Aydın təyin olunub.
 
Türkiyənin Rusiyadakı səfiri də dəyişdirilib. Mərkəzə çağırılan Ümit Yardımı bu vəzifədə Braziliyadakı səfir Hüseyn Lazip Diriöz əvəzləyəcək.   
 
Digər maraqlı təyinatlar kimi XİN-in İkitərəfli siyasi işlər baş direktoru, Azərbaycandakı sabiq səfir Hulusi Kılıçın Moldovaya, XİN-in aparat rəhbəri, qısa müddət nazir vəzifəsini də tutmuş Firudin Sinirlioğlunun BMT-nin baş qərargahına, kəşfiyyat təşkilatı MİT-in rəhbər müavini İsmayıl Hakkı Musanın isə Fransaya səfir təyin olunmalarını göstərmək olar./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar