Türk qırıcıların vurduğu hərbi təyyarənin sahibi bəlli olub.Məlumata görə, təyyarə Rusiyaya məxsusdur. Bu barədə Türkiyə prezident aparatından məlumat verilib.
Suriyanın Bayırbucak bölgəsində bir müddətdir ki, Suriya və Rusiya hərbi təyyarələri türkmənləri hədəf alan hava hücumları həyata keçirirlər. Suriya Türkmən Məclisi Abdurrahman Mustafa Türkiyə və koalisiya güclərindən Türkmən birliklərinə kömək göndərilməsini tələb etmişdi.
Rusiya bölgədə daha çox "Su-30" və "Su-24" tipli təyyarələrdən istifadə edirlər. Bu təyyarələr nisbətən köhnə olan "Mig-23"lərlə müqayisədə daha inkişaf etmiş texnologiya ilə təhciz ediliblər.
Türk Hava Qüvvələri ötən ilin mart ayında da hava sərhəddini pozan Suriyaya məxsus "Mig-23" hərbi təyyarəsini vurmuşdu.
Saat 12:45
Suriya-Türkiyə sərhədinə döyüş təyyarəsi - "Su 24" vurulub.
Məlumata görə, təyyarə Türkmən dağı yaxınlığında düşüb.
Türk F-16-ları tərəfindən vurulan hərbi təyyarənin hələlik kimə məxsus olduğu dəqiq bilinmir.
Türkiyə mənbələrində olan məlumata əsasən, səhər saatlarında Türkmən dağı bölgəsində qəfil səmada döyüş təyyarəsi görünüb. Ərazidə olanlar təyyarənin əraziləri bombalayacağını gözlədiyi anda, təyyarə alovlanaraq, sürətlə aşağıya doğru enməyə başlayıb.
Hərbi təyyarənin göyərtəsində olan iki pilot paraşütlə tullanaraq xilas ola biliblər. Onlardan birinin türkmənlərin əlində olduğu iddia edilir.
Suriya-Türkiyə sərhədində təyyarənin enməsi
Məlumata görə, təyyarə Türkiyənin hava sərhəddini pozduğu üçün vurulub.
Vurulan təyyarənin ruslara məxsus ola biləcəyi istisna edilmir. Rusiya döyüş təyyarələri türkmənlərin sıx yaşadığı əraziləri bombardıman etməsindən sonra Türkiyə bu ölkəyə nota verərək "sərhəd təhlükəsizliyimizi pozsanız, biz də sizin təyyarələri vurarıq" xəbərdarlığı etmişdi.
Əhməd Davudoğlu - Türkiyənin Xarici İşlər naziri və Con Kerri - ABŞ-ın dövlət katibi
Ümumiyyətlə, Türkiyə höküməti Rusiyanın türkmənləri bombalamasına etirazını bildirərək, Rusiyaya dəfələlə xəbərlıq da edib. Bundan başqa, Türkiyə məsələ ilə bağlı Böyük Britaniyaya məktub göndərib, bundan başqa, Ankara hal-hazırda Suriya türkmənləri ilə bağlı problemi aradan qaldırmaq üçün Vaşinqton və Moskva ilə danışıqlıqlar aparır.
Xarici mənbələrin məlumatına görə, baş nazir Əhməd Davudoğlu problemlə bağlı silahlı qüvvələrin başçısı və milli kəşviyyat məntəqəsinin rəhbəri ilə də məsləhətlər aparıb.
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışıqlıqları aparıb. İkitərəfli telefon danışığının əsas mövzusu yenə Rusiyanın Suriyaya avizərbələr endirməsi haqda olub.
Sentyabrın 30-dan etibarən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşən Rusiya aviasiyası Suriyada olan İŞİD-ə ilk zərbələrini endirib./anspress/
Rusiya helikopterlərinin pilotları axtarma prosesi
Suriya, Latakiya./anspress/