Rusiya tədqiqatçıları Anadoluda 15-20 mln. il öncəyə aid qəribə sivilizasiya izləri tapdıqlarını söyləyirlər...
Rusiya alimləri Türkiyə ərazisində tarixdən bildiyimiz heç bir dövrə uyğun gəlməyən sivilizasiya izləri tapıblar.
Qazeta.info bildirir ki, Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu gözlənilməz kəşfi Təbiət Elmləri üzrə Fundamental Tədqiqatlar mərkəzinin direktoru, geologiya - minerologiya elmləri namizədi Aleksandr Koltıpinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu edib.
A.Koltıpin “Avtovzqlyad” portalına müsahibəsində “Frigiya vadisi”(Anadoluda ermənilərin iddia etdiyi qədim dövlət ərazisi) deyilən ərazidə qədim qaya-şəhərlərini tədqiq edərkən torpaq yolda qeyri-adi nəqliyyat izlərinə rast gəldiklərini deyir. Təkər izləri o qədər dərin olub ki, onlar boyu adi yüngül avtomobillə irəliləmək çətin olub.
Alimlər avtomobildən düşərək izlərlə maraqlanıblar. Məlum olub ki, dərinliyi bəzi yerlərdə 1 metrə çatan daşlaşmış bu təkər izləri tufogen tərkiblidir(milyon illərin təbii çöküntülərinin qarışığı) və neogen dövrünə( geoloji Kaynozey arasının ikinci dövrü:23,03 mln. öncə başlayıb, 2,588 mln. il öncə bitib) aiddir.
Rusiyalı alim şübhə etmir ki, bu izlər 10-15 mln. il bundan qabaq hazırkı mərkəzi Türkiyə ərazisində mövcud olmuş ağıllı varlıqların sürdüyü “cip”lərə, hər yerdə gəzə bilən naməlum nəqliyyat növünə aiddir. Koltıpin bu izlərin müqəddəs kitabların, o cümlədən Quranın yazdığı kimi, Yer üzündə insanlardan öncə cinlərin yaşaması barədə müddəanı təsdiqləməsini də istsna etmir. Tədqiqatçı hesab edir ki, belə tapıntılar bəşəriyyət tarixi haqqında klassik təsəvvürləri alt-üst etdiyi üçün arxeoloqlar bu mövzulara toxunmurlar.
Maraqldır ki, Koltıpinin həmkarlarından biri Türkiyənin digər qədim əyaləti - Kappadokiyada da belə nəqliyyat izlərinə rast gəlindiyini bildirib.