Türkiyə prezidenti Rusiyada rəsmi səfərdədir
03.05.2017 656 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.
“Report” "Ajanshaber"ə istinadən xəbər verir ki, Türkiyə prezidentini aparan TUR özəl təyyarəsi Bakı vaxtı ilə saat 13:45-də Soçi şəhərinə enib.
Rəcəb Tayyib Ərdoğanı səfər zamanı baş nazirin müavini Mehmet Şimşek, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akar müşayiət edir.
Türkiyə prezidenti mayın 3-də rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşəcək. Bunun ardınca prezidentlər, onları müşayiət edən rəsmi şəxslər birlikdə işgüzar nahar edəcək, sonra heyətlər arasında görüş olacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər