Türkiyə prezidenti İrana gedib
04.10.2017 640 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İrana rəsmi səfəri başlayıb.

 

Məlumata görə, hava limanında R. T. Ərdoğanı İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriəti və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar qarşılayıb. Səfərdə Türkiyə prezidentini  xarici işlər naiziri  Mövlud Çavuşoğlu,  iqtisadiyyat naziri  Nihat  Zeybəkçi, enerji naziri Barat Albayrak,  gömürk və ticarət naziri  Bülənt Tüfəkçi, daxili işlər naziri Süleyman Soylu və digər rəsmilər müşayiət edir.


R. T. Ərdoğan bu gün İranlı həmkarı Həsən Ruhani və ali lider Ayətullah Xamenei ilə görüşəcək. Daha sonra İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü stratejik iclası keçiriləcək və bir sıra sənədlər imzalanacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar