Türkiyə prezidenti: Azərbaycanın gücü Ermənistanla müqayisə olunmaz
28.04.2016 942 0.0 0

 “Ermənistan odla oynayır. Türkiyədə yaşayan 100 min civarında erməninin yarısı Türkiyə vətəndaşı deyil. Daimi yaşayış icazəsi olmayanlara da tolerant davranırıq. Vətəndaş olan erməniləri vəqf mallarını geri verdik, aprelin 24-də mesaj yayımladım. Biz xoşniyyətli olduğumuzu göstəririk”.
 
Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib. Ermənistan prezidenti Serj Sarkisyanın “Azərbaycanla müharibəyə hazırıq” fikirlərinə münasibət bildirən Ərdoğan əlavə edib ki, Rusiya Ermənistana açıq dəstək vermir: “Qarşıdurma şəraitində Azərbaycan və İlham Əliyev güclənir. Rusiya Ermənistana açıq və tam dəstək vermir. Çünki Azərbaycanla mənfəət münasibətləri var. Ermənilər Azərbaycanın azad etdiyi yerlərlə bağlı “bizim üçün önəmli deyil” desə də, qorxu içərisindədir. Əhali, hərbçi sayı, digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisə olunmaz. Azərbaycan ətrafındakı ölkələrə - Gürcüstan və ya Ukraynaya bənzəmir. Rusiya Ukraynada belə istədiyi nəticəni əldə edə bilmədi. Rusiya səhvə yol verir”.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

     


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar