Türkiyə prezidenti ABŞ-a səfər edəcək
25.12.2015 482 0.0 0

ABŞ-dakı İslam mədəniyyət mərkəzi kompleksinin açılışını ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan açacaq.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, mərkəz Memar Sinan üslubunda tikilib. Mərkəzdəki məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Binanın tikintisinə 2011-ci ilin sentyabrında Vaşinqton yaxınlığında yerləşən Meriland ştatında başlanılıb. Kompleks ABŞ İslam Mədəniyyət Mərkəzi, Türkiyə Dəyanət İşləri Nazirliyi və Türkiyənin Dəyanət Fondunun dəstəyi ilə 60 hektarlıq ərazidə tikilib.

Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamanı kompleksin açılış mərasiminə dəvət edib və bu, qəbul olunub.

Türkiyə prezidenti yaxın günlərdə bu məqsədlə ABŞ-a səfərə getməyi planlaşdırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar