Türkiyə parlamentində müxalifəti təmsil edən iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında dava düşüb.
“Hürriyet”ə istinadən xəbər verilir ki, hadisə martın 13-də məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb.
CHP-nin İzmirdən olan deputatı Musa Çam əvvəllər MHP-nin sədri Devlet Bahçelinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaşanmış “zürriyet” ifadəsi ilə bağlı mübahisəni xatırladıb. Bundan sonra MHP-dən olan deputatlar onu kürsüdə sıxışdırıb. Bu isə iki müxalif partiyanın deputatları arasında dava-dalaşa səbəb olub.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Musa Çamı cəzalandıraraq onun üç iclasa buraxılmaması barədə qərar çıxarıb. /Report/