15 iyul hadisələri zamanı qiyamçılar tərəfindən silahlı hücuma məruz qalan Türkiyə Böyük Millət Məclisinin (TBMM) binası təmir olunub.
Xarici mediaya istinadən xəbər verilir ki, təmirdən sonra TBMM-nin binasında bir sıra dəyişiklik olunub. Dəyişikliklərdən biri isə TBMM-nin yeməkxanasından asılmış Mustafa Kamal Atatürkün rəsminin ortadan qaldırılması olub.
Həmin rəsmdə Mustafa Kamal Atatürkün Topqapı sarayı ərazisində rakı içərək yemək yeməsi əks olunur. Ancaq yeni təmirdən sonra həmin rəsm TBMM-nin yeməkxanasından götürülüb, yerinə isə televizor asılıb.
Sözügedən rəsmin müəllifi, tanınmış rəssam Yaşar Çallı isə məsələyə münasibət bildirib:
“Həmin rəsmi hələ Bülent Arınçın TBMM-nin sədri olduğu dövrdə də aradan qaldırmaq istəyirdilər. Ancaq mən buna etiraz etdim və rəsm orada qaldı. İndi bu rəsmin binadan götürülməsi doğru addım deyil”./publika.az/