Türkiyə parlamenti Qazaxıstanda iğtişaşlar zamanı zorakılığı pisləyib
12.01.2022 305 0.0 0

Türkiyə Böyük Millət Məclisi (parlament) Qazaxıstanla bağlı bəyannamə qəbul edib.

"Anadolu"ya istinadən verilən məlumata görə, bəyannamədə Qazaxıstanda baş verən iğtişaşlar zamanı zorakılıq aktları pislənilir.

Sənəddə vurğulanır ki, Ankara bu ölkədə sabitliyin bərqərar olması üçün hər cür yardımı göstərməyə davam edəcək.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar