Türkiyə ordusu Suriyaya zərbələr endirir - Gərginlik
22.08.2016 662 0
Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki İŞİD və PYD mövqelərini "Fırtına" raketləri ilə vurur.
Məlumata görə, Türkiyə əsgərlərinin hökumətin əmri ilə Cerablus bölgəsinə zərbələr endirdiyi bildirilib.
Əməliyyatın aparılmasında məqsəd PYD qoşunlarının Menbiçə daxil olmasının qarşısını almaqdır. Ancaq bu məlumat hələ də rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Bölgədə olan jurnalistlərin verdiyi məlumatlara görə, Cerablusa qarşı əməliyyata hazırlaşan Azad Suriya Ordusuna bağlı qruplar da quru hərəkatına hazırlaşır./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər