Türkiyə Silahlı Qüvvələrinin kontingenti Suriyanın İdlib şəhərinə daxil olub. Məlumata görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bundan əvvəl Türkiyə Baş Qərargahı bildirilmişdi ki, Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitələri və təcili yardım maşınları cəmləşdirilir.
Məlumata görə, sərhədə cəmləşdirilən nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək.
Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür. Hərbi kontingentin İdlibdə yerləşdirilməsi prosesindən əvvəl 8-11 oktyabr tarixlərində kəşfiyyat əməliyyatı keçirilib. /apa/