“Türkiyə Suriyaya quru qoşunlarını yeridəcəyi halda arxasında Qərbin dəstəyi olmayacaq və qarşısında İran və Rusiyanı görəcək”.
Məlumata görə, bu sözləri Rusiya parlamentinin "qara qutusu" hesab edilən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov bildirib.
"Türkiyə hakimiyyəti son davranışları ilə Suriya mövzusunu qabartmağa çalışır. Ancaq Ankaranın sərgilədiyi bu mövqeyin qərb həmkarları tərəfindən dəstəklənmədiyini xatırlatmaq istərdim.
Qərb Suriya münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfindədir. Türkiyənin davranışlarında daha ciddi təhlükə isə Suriyaya girdiyi anda İran ilə böyük bir müharibəyə səbəb olmasıdır”, - Kosaçov Rusiyanın "RİANovosti" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Konstantin Kosaçov - Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri
O, ən pis halda Türkiyənin Suriyada qarşısına Rusiyanın da çıxacağını deyən diplomat bildirib ki, Rusiya son aylarda silahlarının gücünü Suriyada sübuta yetirdi və lazım olarsa, onları istifadə etməkdən çəkinməyəcəyini hər kəsə göstərdi.
Federasiyanın müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerov isə türk əsgərlərinin Suriyadakı rus əsgərlərini vurmadığını bildirərək, Türkiyə ilə döyüşməyəcəklərini diqqətə çatdırıb.
O, bildirib ki, - “türk əsgərləri rus əsgərlərini vurmur. Suriyadakı rus əsgərlərinin hədəfi terrorla mübarizədir. Rusiya gərgin münasibətləri daha da çətinləşdirməmək üçün heç bir müharibəyə girməyəcək”./anspress/
Viktor Ozerov - Rusiyanın müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri