Türk hərbçiləri Suriyada terrorçuların yerləşdiyi mövqeləri artileriya atəşinə tutublar. Məlumata görə, Türkiyə tərəfi bunu cavab addımı olaraq atıb.
Bü gün səhər saatlarında Suriya ilə sərhəd Kilis şəhərində orta məktəb atəşə tutulub. Suriya tərəfdən atılan mərminin partlaması nəticəsində ölən və yarananlar var. İlkin məlumatlara görə, bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Hərbçilər radarların köməyi ilə mərminin hansı istiqamətdən atıldığını müəyyən edərək həmin istiqamətə cavab atəşi ilə zərbələr endirib.
Atəşə tutulan məktəb
Yanvarın 15-də Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda 10 nəfərin ölümü ilə nəticələnmiş partlayışa cavab olaraq Türk qoşunlarının Suriya və İraqla sərhəddə İŞİD hədəflərinə endirdiyi artilleriya zərbələri nəticəsində azı 200 terrorçunun öldürüldüyünü bəyan etmişdi.
Çanakqaya Sarayında Türkiyənin səfirləri qarşısında çıxış edən Davudoğlu Türkiyənin terrora qarşı mübarizəni qətiyyətli şəkildə davam etdirəcəyini vurğulayıb və hər kəsi terrora qarşı qəti mövqe tutmağa çağırıb.Davudoğlu bildirib ki, İstanbul teraktının İŞİD qruplaşması tərəfindən təşkil olunduğu xəbəri təsdiqini tapdıqdan sonra hökumət orduya İraq və Suriyadakı İŞİD mövqelərinə zərbələr endirməyə əmr verib.
Davudoğlu 48 saat ərzində İŞİD mövqelərinə tank və toplardan 500-ə yaxın mərmi atıldığını, yerli döyüşçülərin komandirləri daxil olmaqla 200 İŞİD-çinin həlak olduğunu bildirib.O, lazım gələrsə, terrorçulara qarşı əməliyyatlara hava qüvvələrinin də cəlb olunacağını deyib./anspress/