Bu gün səhər Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb.
“Milliyet” qəzetinə istinadən verilən məlumata görə, 100-dək tank və zirehli maşın, artilleriya qurğuları və pilotsuz uçuş aparatlarının istifadə edildiyi təlim Silopi rayon mərkəzindən 15 km uzaqlıqda, İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsinin yaxınlığında keçirilir.
Hərbi təlimlə bağlı Silopi-Habur yolunun bir tərəfi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hərbi təlimlə bərabər bölgədə antiterror əməliyyatları davam edir.
Qeyd edək ki, Türkiyə ordusunun İraqla sərhəddə hərbi təliminin İraq Kürdüstan Muxtariyyətinin sentyabrın 25-ə keçirəcəyi referendum ərəfəsinə təsadüf etməsi diqqət çəkir. Türkiyə sərt şəkildə İraq Kürdüstan Muxtariyyətinin referendum qərarına qarşı çıxır./apa/