Türkiyə ordusu ciddi itki verdi (VİDEO, FOTO)
19.08.2015 1151 0.0 0

 

 

Türkiyənin Siirt vilayətinin Şirvan və Pervari rayonları arasındakı magistral yolda PKK terrorçuları türk hərbçiləri daşıyan avtomobili partladıb.

Məlumata görə, PKK terrorçuları yola əvvəlcədən uzaqdan idarə edilən bomba yerləşdiriblər. Hərbçiləri daşıyan avtomobil həmin ərazidən keçərkən terrorçular bombanı işə salıb.

Güclü partlayış nəticəsində ikisi yüksək rütbəli olmaqla 8 hərbçi şəhid olub. Anadolu agentliyinin verdiyi xəbərə görə, maşının partladılması zamanı xeyli əsgər də yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

 


Partlayışın baş veridi ərazi

Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb. Siirt vilayətinə bütün giriş və çıxış yolları tamamilə bağlanıb.

Hərbi helikopterlər vasitəsilə bölgəyə xüsusi təyinatlı qüvvələr gətirilib.

Diyarbəkir vilayətinin Lice rayonu ərazisində avqustun 18-də baş vermiş toqquşmalar nəticəsində həlak olan türk əsgərlərinin sayı isə 4-ə çatıb. Beləliklə, iki gün ərzində Türkiyə 12 əsgərini itirib. Əməliyyatlar davam edir.

 


Türk hərbçilərin şəhid olduğu bölgə xəritədə / Foto - Hürriyet

Türkiyə Silahlı Qüvvələri rəhbərliyi terrorçuların son hücumu nəticəsində şəhid olan hərbçilərin ailələrinə və türk millətinə başsağlığı verib.

Türkiyə ordusunun verdiyi itki ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordu generalı Hulusi akar ilə telefonla danışıb. Ərdoğan 8 şəhid verildiyi hücumla əlaqədar məlumatlandırılıb. Prezidentin ordu generalına bir sıra tapşırıqlar verdiyi bildirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar