Türkiyə Ordusu Afrinin qərbinə hücuma keçib
26.02.2018 1027 0.0 0

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsi ilə sərhəddə demək olar ki, bütün yaşayış məntəqələrini nəzarətə götürüb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hazırda Afrinin qərbində 7,8 km boyunca həmin məntəqələrdə nəzarəti tam təmin etmək üçün döyüşlər gedir.

Ümumilikdə "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 112 yaşayış məntəqəsi azad olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar