Türkiyənin ən məşhur iş adamı öldü
21.01.2016 521 0.0 0

Türkiyənin ən varlı adamla rından olan, tanınmış iş adamı dünyasını dəyişib. Məlumata görə, "Koç" Holdinqin rəhbəri Mustafa Koçun ölüm xəbəri barədə rəsmi açıqlama yayılıb. 

"Bu səhər saatlarında vəziyyəti pisləşən M.Koç xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Başımız sağ olsun", deyə açıqlamada qeyd edilib. 

55 yaşlı M.Koç bu gün səhər saatlarında evində infarkt keçirib. O, dərhal Beykoz dövlət xəstəxanasına çatdırılıb. Buradan isə helikopterlə Amerikan xəstəxanasına nəql edilib. Həkimlər onu həyata qaytarmaq üçün 4 saata müdaxilə ediblər. 

İş adamının ölümü ilə bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ailəyə başsağlığı verib. Ərdoğan M.Koçun vəfatından dərindən kədərləndiyini deyib, ailəsinə səbr və rəhmət diləyib.

Mustafa Koç bir müddət öncə mədə kiçiltmə əməliyyatı olmuşdu. 2002-ci ildə isə ürəyinə gedən 3 damar tutulduğu üçün əməliyyat masasına uzanmışdı. 

 

Mustafa Koç

Koç Holdinq Türkiyə ilə yanaşı həm də dünyanın ən böyük şirkətlərindən biridir. Bu holdinq "Fortune 500" siyahısına girən yeganə türk şirkətidir. 

Şirkətin təməli 1926-cı ildə atılıb. /anspress/

 


Koç Holdinqin emblemi


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar