Türkiyənin müdafiə naziri: `Afrin əməliyyatı keçiriləcək`
19.01.2018 771 0.0 0

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.

 

Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

 

N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".  

 

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar