Türkiyənin keçmiş qol kralı həbs edilib
17.11.2017 829 0.0 0

Türkiyənin tanınmış futbolçusu, vaxtilə qol kralı olmuş Zafer Biryol saxlanılıb.

 

Türkiyənin "Hürriyet" nəşrinə istinadən verilən xəbərə görə, Z. Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilib.

 

Hələlik Z. Biryola qarşı konkret hansı ittihamın irəli sürüldüyü məlum deyil.

 

Qeyd edək ki, Z. Biryol karyerası boyunca "Mersin İdman Yurdu", "Edirnespor", "Yeni Salihlispor", "Şekerspor", "Göztepe", "Fenerbahçe", "Bursaspor", "Çaykur Rizespor", "Konya Şekerspor", "Altay" komandalarında oynayıb. Milli komandanın heyətində 7 dəfə çıxış edib. Futbolçu karyerasını tamamladıqdan sonra Kanadaya gedib və Toronto şəhərində futbol klubu yaradıb. Lakin sonradan Türkiyəyə dönərək "Bandırmaspor" komandasının baş məşqçisi təyin olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar