Türkiyənin baş naziri Putinin açıqlamalarına münasibət bildirib
19.12.2015 497 0.0 0

"Bir ay öncə Putin belə bir açıqlama verə bilərdimi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi qəbul etmirik. Bu, bir uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur".

Qazeta.info bildirir ki, "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Avropa İttifaqına üzv 10 dövlətin başçısı ilə görüşdən qayıdarkən, yolüstü jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransında dediklərinə cavabında bildirib.

"Putin Türkiyənin içində müxalifət yaradacağını indi kəşf edib. O, birdən-birə Türkiyənin müsəlman dövləti olduğunu, Türkiyədə islamlaşmanı, ABŞ-la yaxın əməkdaşlığımızın olduğunu indi xatrıladı?", - Əhməd Davudoğlu vurğulayıb.

Türkiyənın üzləşdiyi qaçqın problemindən danışan Əhməd Davudoğlu deyib: "Rusiya Suriyanın Rakka şəhərini, terrorçu İŞİD-in mövqeylərini bombalasa, Türkiyəyə heç bir qaçqın gəlməz. Ancaq indiki kimi Rusiya Əzizi (Rusiya bu şəhərdə humanitar yardım aparan maşın karvanını havadan bombalamışdı - "Report"), Hələbi bombalayarsa, o zaman olduğu kimi Türkiyəyə qaçqın axını da çoxalar. Rusiyanın bu məsələdə xoş niyyətli olduğunu düşünmürəm".

Baş nazir İraqdakı Türkiyə hərbçiləri ilə bağlı ABŞ prezidentinin müavini Co Baydenlə danışdığını da söyləyib: "O, mənə "İraqdan əsgərlərinizi çıxarın" deməyib. Onunla iki dəfə telefonla danışdım, o, mənə bu haqda heç bir söz deməyib. Bayden mənə "bunu İraq hökuməti ilə razılaşdırsanız yaxşı olar" dedi. Bunu hamımız istəyirik. Ancaq bu da bir gerçəkdir ki, Türkiyənin təhlükəsizliyi sərhədimizin o tərəfindən başlayır. Qonşuluğumuzda olan dövlətlər, İraq və Suriya sərhədlərinə nəzarət edə bilmir".  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar