Türkiyənin baş naziri HƏMAS-ın yeni liderini təbrik edib
01.06.2017 964 0
Türkiyənin baş naziri Binəli Yıldırım İsmayıl Hanini Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri postuna seçilməsi münasibəti ilə təbrik edib.
"Anadolu"ya istinadən xəbər verilir ki, baş nazirin dəftərxanasından telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.
Yıldırım Hanini yeni vəzifəsi münasibəti ilə təbrik edib və Fələstin xalqının gələcəyi naminə birlik və həmrəyliyin təmin edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər