Türkiyənin baş naziri: Bu işin dəstəbaşıları ələ keçirildi
16.07.2016 883 0.0 0

Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin  bir qrup hərbçisi tərəfindən yayımlanmış “hakimiyyətə əl qoyuldu” bəyanatına qarşı açıqlama verib.
 
Məlumata görə, Yıldırım "Bu işin dəstəbaşıları ələ keçirildi və lazım olan edildi" deyib.
 
O, daha sonra bildirib: “Türkiyənin şərqində və cənub-şərqindəki terror olayları nədirsə, bu da o cür terror hadisəsidir. O tankların içindəki əsgərlərlə havadan bomba yağdıranlar bir terror təşkilatının üzvləri kimidirlər. Belə bir iş şanlı Silahlı Qüvvələrimizdə xidmət edən heç bir əsgərimizə yaraşmaz. Bu, Cümhuriyyətimizə, millətimizə və əsgərimizə edilmiş ən böyük həqarətdir. Bu gün demokratiyaya, millətə sahib çıxma günüdür. Türkiyə ayaqdadır, Türkiyə küçələrdədir".
 
Baş nazir daha sonra bildirib: " Bizi iqtidara millət gətirib, burdan aparacaq olan da millətdir.  Bu, axmaq və çılğın bir cəhddir. Meydanlarda olacağıq və bu işə, bu soysuzlara gününü göstərəcəyik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar