Türkiyənin baş naziri Bərzanini referendumdan çəkinməyə çağırıb
22.09.2017 636 0
“Referendum kürd qardaşlarımıza xeyir gətirməyəcək”.
“TRT Haber” ə istinadən verilən xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Beynəlxalq aləmdə İraq Kürdüstanında referendum keçirilməsi istəyinə heç bir dəstək olmadığını vurğulayan B. Yıldırım bildirib eyib ki, bu qərar Türkiyənin milli təhlükəsizliyinə aid məsələdir: “Türkiyə ikitərəfli və beynəlxalq razılaşmalara əsaslanaraq, hüquqlarından istifadə edəcək. Bu, qəbul etməyəcəyimiz bir haldır və Türkiyə həmişə buna qarşı çıxacaq”.
Baş nazir İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzaniyə çağırış edərək onu bu sevdadan əl çəkməyə çağırıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər