Türkiyənin `gizli milyarder`inin adı açıqlanıb
03.03.2018 1017 0.0 0

Həyat yoldaşının ölümü ilə 36 yaşında holdinqin rəhbəri olub

"Forbes" jurnalının hər il hazırladığı "Ən zəngin 100 türk" siyahısı açıqlanıb.

 "Hürriyet"ə istinadla xəbər verir ki, Murat Ülkər 4.7 milyard dollarlıq sərvəti ilə ilk sırada yer alarkən, siyahıda ictimaiyyətin o qədər də tanımadığı sürpriz adlar peyda olub. Bunlardan ən diqqətçəkən isim "gizli milyarder" Fatma Tuba Yazıçı olub.

1 milyard 100 milyon dollarlıq sərvəti ilə Türkiyənin ən zəngin 100 nəfəri arasında 35-ci sırada olan Fatma Tuba Yazıcı "Diler" Holdinqin sahibidir. O, həyat yoldaşının ölümündən sonra 36 yaşında holdinqin rəhbəri olub.

Mediadan uzaq olduğu üçün Fatma Tuba Yazıçı "Forbes" tərəfindən "gizli milyarder" adlandırılıb./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar