Türkiyənin 4 əsgəri şəhid olub, 4-ü yaralanıb
22.03.2018 923 0.0 0

Suriyanın Afrin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində Türkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb. 

Qazeta.info “Report” -a istinadən xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib. 

Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər şəhid olub, biri isə yaralanıb. Yaralı əsgər Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar