Türkiyənin İstanbul şəhərində məşhur Haliç körpüsündən özünü ataraq öldürmüş azərbaycanlı Nicat Kərimlinin son məktubu oxucular tərəfindən hüznlə qarşılanıb.
Məlumata görə, iyunun ortalarında həyatına son qoyan 24 yaşlı azərbaycanlı sahildə qalmış ayaqqabısının içinə sevgilisi üçün məktub qoyub. Türkiyə polisinin verdiyi məlumata görə, İstanbula turist kimi getmiş azərbaycanlının ayaqqabısının içindən həm də sevgilisinin şəkli çıxıb.
İstanbula turist kimi getmiş azərbaycanlı vida məktubuna "Canım sevgilim" sözləri ilə başlayıb. Nicat Kərimli sevgilisinə "Bu dünyada qovuşa bilmədik, inşallah o biri tərəfdə görüşərik",- deyə bildirib.
Türkiyə dəniz polisi meyiti ekspertiza üçün götürülən Nicat Kərimlinin işi üzrə istintaqa başlayıb.
10 sentyabr 1974-cü il tarixdə istifadəyə verilmiş Haliç körpüsünün dəniz səthindən hündürlüyü 22 metrdir. Bu intihar etməyi qərar alanları cəzb edir.
Səhər saatlarında özünü suya atmış Nicat Kərimlinin boğulmuş cəsədini dalğalar sahilə vurub. /anspress/