Türkiyə Mərkəzi Bankı faiz artımına gedib
14.12.2017 775 0.0 0

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri artırıb.

Məlumata görə, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) sabit saxlanılıb, gec likvidlik pəncərəsinin (GLP) borcvermə faizini isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%, GLP-ni isə 12,25% səviyyəsində sabit saxlayıb.

TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasətə davam etmək qərarı verdiyini açıqlayıb.

Qeyd edək ki, son günlər Türkiyədə dolların məzənnəsi TCMB-nin faizləri artıracağı gözləntisi ilə 3,99 lirə səviyyəsindən 3,81-ə düşüb. Bu qərardan sonra isə məzənnə 3,83 TRY/USD-dən 3,88 TRY/USD-yə yüksəlib. Belə ki, ekspertlər TCMB-dən 1% və daha çox artım gözləyirdilər.

"Report"un analitik qrupu dolların məzənnəsinin tədricən yüksəlməyə davam edəcəyini və hətta 4 TRY/USD səviyyəsini keçə biləcəyini ehtimal edir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar