Türkiyəli aktyor Emmi mükfatına layiq görülüb
26.11.2019 678 0
Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi rolunun ifaçısı kimi Beynəlxalq 47-ci Emmi Mükafatına layiq görülüb.
Bildirək ki, məlumatı “CNNTurk” yayıb.
O, “Şəxsiyyət” serialındakı roluna görə bu mükafatı alıb.
“Özümdən çox bu mükafat Türkiyəyə gedəcəyi üçün şadam”, - deyə o bildirib.
Haluik Bilginer 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin adı olan siyahıda ən yaxşı kişi rolunun ifaçısı seçilib.
Xatırladaq ki, Emmi mükafatı və ya sadəcə Emmi - Amerikada televiziya sahəsində təqdim edilir. Emmi kino sahəsində Oskar, musiqi sahəsində Qremmi, teatr sahəsində Toni mükafatlarının televiziya ekvivalenti sayılır./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər