Türkiyəli aktrisa polisin əlini dişləyib
08.01.2018 888 0.0 0

"Adını Feriha koydum" serialından türkiyəli aktrisa Feyza Civelek maşınını saxlamaq istəyən polisin əlini dişləyib.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, aktrisa dostu ilə bərabər prokurorluğa aparılıb. Gənc aktrisa polisə müqavimət göstərməkdə şübhəli bilinərək saxlanılıb. O, məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.

Hadisə polis aktrisanın sərxoş olub-olmamasını yoxlamaq üçün maşınını saxlamaq istəyən zaman baş verib. Aktrisa ifadəsində qeyd edib ki, polis dostunun saçından tutaraq maşından çıxarıb: "Sonra isə daha iki polis gələrək məni zorla maşından çıxartdılar. Nə olduğunu anlamadım. Əsəbləşdim və maşından düşdüm. Polis məni yerə yıxdı və yumruq vurdu. Mən də özümü müdafiə üçün polisin əlini dişlədim. Dostum çox qorxdu və maşınına minərək hadisə yerindən uzaqlaşdı. Həmin polislərdən şikayətçiyəm"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar