Türkiyə Krımın Rusiyaya qatılmasını tanımır
03.08.2015 638 0.0 0

Türkiyə heç zaman Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcək. 

Məlumata görə, Türkiyə prezidentinin bu sözləri Dünya Krım Tatarları Konqressinin iştirakçılarına ünvanlanıb. Bu barədə məlumatı Krım-Tatar Məclisinin mətbuat xidməti yayıb. Dünya Krım Tatarları Konqressi 1-2 avqustda Ankarada keçirilib.

Ərdoğan bildirib ki, tarix boyu Krım tatarları deportasiya və repressiyalara məruz qalıb. Onun sözlərinə görə, uğur qazanmaq üçün birlik qorunmalıdır, buna görə də Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımır və heç zaman tanımayacaq. 

16 mart 2014-cü ildə Krımda muxtariyyətin statusu barədə referendum təşkil edilib. Bildirilib ki, referendum iştirakçılarının 96%-i Krımın Rusiyaya birləşməsinin tərəfdarıdır. Daha sonra 2014-cü il martın 21-də Rusiya prezidenti Vladimir Putin Krımın və Sevostopolun Rusiyanın tərkibinə qatılması barədə sazişin ratifikasiya edilməsi barədə qanunu imzalayıb. 

Beləliklə, Rusiya 1984-cü ildə BMT tərəfindən qəbul edilmiş Helsinki xartiyasının tələblərini pozub. Xartiyaya görə, muxtar qurumun dövlətin tərkibindən çıxması üçün yalnız muxtar qurumun deyil, bütün dövlətin ərazisində referendum keçirilməlidir. 

Maraqlıdır ki, hər zaman Helsinki xartiyasını əsas tutduğunu iddia edən Qərb dövlətləri də Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həlli zamanı bu qaydanı pozmaq istəyirlər. Madrid prinsipləri əsasında təklif edilən variantda Dağlıq Qarabağ ətrafınadkı 5 rayonun qaytarılmasından sonra keçmiş muxtar vilayət ərazisində referendum keçirməyi və Azərbaycanın nəticələri tanımasını istəyirlər. 

Bu, Dağlıq Qarabağın və Laçının birdəfəlik itirilməsi deməkdir. Buna görə də Azərbaycan referendum məsələsi ilə razılaşmır. Türkiyənin Krımın ilhaqını tanımamasının digər səbəbi də onun məhz Qarabağ münaqişəsi üçün presedent kimi işlədilə biləcəyinin yaratdığı narahatlıqla bağlıdır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar