Türkiyə ilə bağlı sensasion iddia
13.04.2015 773 0.0 0

Türkiyə və Səudi Ərəbistanı Suriyadakı rejimi devirmək üçün hərbi ittifaq qurmağa hazırlaşır.

Məlumata görə, belə bir iddia ilə ABŞ-ın Huffington Post qəzeti çıxış edib.

İddiaya görə, iki ölkə hərbi ittifaqla bağlı ən yüskək səviyyədə görüşlər keçirir. Görüşlərə yaxın mənbələrdən Huffington Post-a verilən məlumata görə, Türkiyə və Səudi Ərəbistanı arasında keçirilən görüşlər Qatar vasitəsilə baş tutur.

Plana görə, Türkiyə Suriyaya qurudan ordu yeridəcək, Səudi Ərəbistanı isə havadan hücuma keçəcək.

Qəzetin yazdığına görə, fevral ayında Vaşinqtona gedən Qatar əmiri Şeyx Tamim bin Əl Tani sözügedən məsələ ilə bağlı ABŞ prezidenti Barak Obamanı xəbərdar edib.

Bildirilir ki, Türkiyə və Səudi Ərəbistanı arasında keçirilən görüşlər uğurlu alınarsa, ABŞ dəstək versə də, verməsə də Suriyaya hücum ediləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar