Türkiyə, İran və Rusiya XİN başçılarının görüşünün tarixi açıqlanıb
06.03.2018 813 0.0 0

Türkiyə, İran və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmmədcavad Zərif və Sergey Lavrov martın 16-da Astanada görüşəcəklər.

Məlumata görə, məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi yayıb.

Üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriyada böhranın tənzimlənməsini, üç dövlətin atacağı növbəti birgə addımları müzakirə edəcəklər.

Məlumata görə, Astana görüşü müşahidəçisiz və Suriya tərəfinin iştirak olmadan keçiriləcək. BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tədbirə dəvət olunacaq. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar