Türkiyə həbsxanadan buraxılan sənətçini belə qarşıladı – VİDEO
05.06.2017 948 0.0 0

Narkotik ticarəti ilə məşğul olmaqda günahlandırılan müğənni və bəstəkar Dəniz Səki bu gün azadlığa buraxılıb.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, 3 ildir Bakırköy Qadın Qapalı Həbsxanasıda yatan ulduz çıxışda böyük izdihamla qarşılaşıb. O, jurnalistlərə "Çox çətin bir yoldu" , - deyə etiraf edib. Daha sonra isə D.Səki sülh və azadlıq rəzmi olan göyərçini göyə uçurub və hisslərini belə ifadə edib:

"Bu qədər gözəl və sevgi ilə qarşılaşdığım üçün təşəkkür edirəm. Bu illər ərzində dimdik ayaqda qalmağıma dəstək oldunuz. Çox çətin bir yoldu, amma Allahın izni ilə çıxdım. 2 gün sonra mətbuat konfransı olacaq. İndi isə izn versəniz, bir az dincəlmək istəyirəm"./publika.az/

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar