Türkiyədə üç sabiq səfir həbs olunub
27.08.2016 859 0.0 0

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub.
 
“Millyet”ə istinadən verilən xəbərə görə, bir müddət əvvəl şübhəli qismində saxlanılan  Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, ölkənin UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Türkiyənin Kosta-Rikadakı sabiq səfiri Əli Fındıka qarşı həbs qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaşın xaric edildiyini bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar