Türkiyədə terrorçular AKP binasına hücum edib, yaralılar var
31.10.2016 526 0
Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.
“Anadolu”ya istinadən verilən xəbərə görə, PKK terrorçuları binaya əldəqayırma qumbara atıb, iriçaplı silahlardan atəş açıblar.
Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.
Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər