Türkiyədə təyyarələrin qəzasında İsrailin adı hallanır
06.03.2015 753 0.0 0

F-4-lərə qəza İsraildəki modeləşdirilmədən sonra sürətlə artdı.

Bu iddialarla Türkiyə mətbuatında yazılar dərc olunmağa başlayıb.Məlumata görə, son olaraq Malatya və Konyada qəzaya uğrayan F-4 təyyarələrinin İsraildə 2002-ci yenidən yığılıb  modeləşdirilmə edildiyi  vaxtdan bu son qəzalarla birlikdə 12 ədəd F-4-ün qəzaya düşdüyü ortaya çıxıb.

 

Son 10 gündə 3 dəfə qəzaya düşən Türkiyənin F-4 döyüş təyyarələri olması ağıllarda bir çox sual əmələ gətirməyə başlayıb. Türk Silahlı Qüvvələrinin (TSQ), 54 ədəd F-4-ü 632 milyon dollar (1,643 milyard TL) ödəyərək modernize etdirdiyi dövrdə (1998-2003) İsrailin öz balansındakı F-4-lərə metalloma  ayırdığı bilinir. Türk mətbuatının yazdığına görə, elə nə oldusa bu tarixdən sonra oldu. Türkiyədə 2002-ci ildən bu yana, yəni həmin təyyarələrin israil tərəfindən modernizasiyası sonra cəmi 12 ədəd F-4 döyüş təyyarəsinin qəza edib. Ən diqqət çəkən nöqtə isə qəza edən təyyarələrin hamısının İsraildə yığılmasıdır.

 

Bildirək ki, artıq dünyanın köhnə model  F-4-ləri  metalloma ayırdığı bir dövrdə hər  təyyarəyə 11 milyon 700 min dollar (30.4 milyon TL) ödəyərək modernizasiya sonrası təyyarələrin ardıcıl olaraq qəza etməsi o dövrdə bağlanan  hərbi müqavilələri bir dəfə daha gündəmə gətirib.

 

Əlavə olaraq  bildirək ki, qəzaya düşən təyyarələr 1958-ci ildən başlayaraq  Amerika McDonald Douglas firması tərəfindən istehsal olunub.Həmin döyüş təyarələri ( F-4-lər) ilk dəfə 1960-ci ildə Amerika silahlı qüvvələri tərəfindən  istifadə olunmağa başlanıb. Xüsusi ilə ABŞ-ın  Vyetnam müharibəsində istifadə etdiyi  F-4-lər tam olaraq  19 il əvvəl 1996-ci ildə istifadəsi dayandırılıb. Bu günə qədər 5 min 195 ədəd istehsal olunana F-4 döyüş təyyarələrini İsrail də 2004-ci ildə istifadəsini dayandırıb. F-4-lər  Türkiyədən başqa,  ABŞ, İsrail, Avstriya, Misir, Almaniya, Yunanıstan, İran, Yaponiya, Cənubi Koreya, İspaniya və İngiltərə orduları tərəfindən də istifadə olunub.

Xatırladaq  ki, Bu günəkimi ABŞ-ın istifadəsini dayandırdığı və israilin həmin təyyarələri yeni model təyyarələrə uyğunlaşdırıb təmir etməsinə baxmayaraq Türkiyədə həmin təyyarələrdə 12 qəza baş verib və 15 hərbiçi şəhid olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar